01
Xınalıq kəndi
Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə.Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir.
02
Qəçrəş
Quba rayonunun ən böyük kəndlərindən biridir. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. Ərazisi hər tərəfdən meşə ilə örtülüb. Çoxlu təbii bulaqları var. Bitki aləminə gəldikdə, zəngin olduğunu demək olar.
03
Afurca şəlaləsi
Afurca sözünün mənası “Abifirucəstə”, yəni “Yuxarıdan tökülən su” deməkdir.
Hündürlüyü 60 metrdir.
04
Təngəaltı
Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Kəndin adının mənası
“Dağ arası yer”deməkdir.
Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələçay keçir. 2 dağ arasından keçən yol, sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir.